EN

Gədəbəydə yol qəzası olub, xəsarət alan var

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb. "VAZ 21015" ilə digər minik maşını toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
8
3
apa.az

10Sources