Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.
Çinin Yunnan əyalətindəki Endemik Xəstəliklərə Nəzarət İnstitutunun alimləri yarasalarda insanlar üçün potensial təhlükə yaradan iki yeni virus aşkar ediblər. Genetik baxımdan “Nipah” və “Hendra” viruslarına yaxın olan bu patogenlərin beynin kəskin iltihabı və tənəffüs yolu infeksiyalarına səbəb ola biləcəyi bildirilir.
Araşdırmanın nəticələri nüfuzlu “PLOS Pathogens” elmi jurnalında dərc olunub.
Dörd il ərzində aparılan tədqiqat çərçivəsində mütəxəssislər Yunnan əyalətinin beş fərqli bölgəsindən toplanan on növ yarasaya məxsus 142 nümunəni əsasən böyrək toxumalarını analiz ediblər. Yüksək məhsuldarlıqlı DNT sıralama texnologiyalarından istifadə edilən araşdırma nəticəsində alimlər ümumilikdə 22 virus aşkarlayıb, onlardan 20-si elmi ədəbiyyata ilk dəfə daxil edilib.
Yeni aşkarlanmış viruslar əsasən meyvə bağları və insan yaşayış məntəqələri ilə yaxınlıqda məskunlaşan meyvə yarasalarında tapılıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu viruslar yarasaların sidiyi vasitəsilə çirklənmiş meyvələrdən insanlara keçə bilər. Bundan əlavə, tədqiqat zamanı alimlər yeni birhüceyrəli parazit olan Klossiella yunnanensis və iki bakteriya növü də müəyyən ediblər. Onlardan biri elm üçün yeni olub və Flavobacterium yunnanensis adlandırılıb.
Tədqiqatçılar bildirirlər ki, bu kəşflər zoonoz xəstəliklərin erkən aşkarlanması və profilaktikası baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, meyvə yarasalarının insan sağlamlığına mümkün təsirləri ilə bağlı nəzarət və maarifləndirmə tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanır.
İnfeksionist Aytən Ziyadova "Sherg.az"a açıqlamasında bildirib ki, "Nipah" və "Hendra" virusu ölümcül və ciddi sağlamlıq problemlərinə səbəb olan zoonotik (heyvandan insana keçən) virusdur. Adətən meyvə yarasaları və donuzlar vasitəsilə insanlara keçir. Yoluxmuş şəxslərin isə təxminən %40-75-i həyatını itirir: