Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Natiq Məhərrəmov və Nurlan Qurbanov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a bildirilib ki, onlardan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə N.Məhərrəmov və N.Qurbanovun barələrində həbs qətimkan tədbiri seçilib.