EN

Turist kimi onu görməyə gedərdim: Bred Pitt hansı futbolçunu deyir?

Məşhur aktyor Bred Pitt Lionel Messi haqqında heyranlıqla danışıb.

Publika.az xəbər verir ki, aktyor “LADBible” YouTube kanalında “Formula 1” filmindəki həmkarı Damson İdrislə dünyanın ən yaxşı idmançılarını müzakirə edib. İdris “İnter Mayami”nin forvardını xatırladıb, onu “möcüzə” və “yadplanetli” adlandırıb.

“Hey, o fantastikdir. Mən onu sevirəm. Bir turist kimi, onu görməyə gələrdim. Böyük turnirdə qələbə qazanmaq üçün ona uzun zaman lazım oldu. O, bunu axır ki, bacardı”, – Pitt deyib.

Chosen
11
publika.az

1Sources