EN

Elxan Cəfərov uşaq filmi çəkir

BAKI, 27 iyun. TELEQRAF

Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov uşaq filmi çəkir.

Bu barədə Teleqraf-a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilir. Hazırda kinostudiyanın otaqlarında filmin kastinqi, kiçik pavliyonda isə dekorasiyaların qurulması həyata keçirilir.

"Filmin çəkilişlərinə isə avqust ayında start veriləcək".

Həmçinin kinostudiyada rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin-çətin günlərimin dostu" filminin çəkilişləri davam edir.

"Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur. “Molla Nəsrəddin- çətin günlərimin dostu” filmi ortaq türk mədəniyyətinə xidmət edir. Layihədə 5 türkdilli ölkə (Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan) iştirak edir".

Chosen
25
2
teleqraf.com

3Sources