EN

Yavaşdan qurultay öncəsi sərt açıqlama: Bizi bağışlamayacaqlar

Ankara Böyükşəhər Bələdiyyə başçısı Mənsur Yavaş CHP-nin şübhəli qurultay iddiası öncəsi partiya daxilində gedən müzakirələrlə bağlı yazılı açıqlama verib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

O, 30 iyun tarixində keçiriləcək məhkəmə prosesi öncəsi partiyadaxili çəkişmələrin zərər verdiyini bildirib. İddia edib ki, hökumət partiyanı gözdən salmaq üçün sistemli kampaniya aparır:

“Bu, təkcə bizim partiyanın deyil, bütün müxalifətin məsələsidir. Birlik olmaqdan başqa çarəmiz yoxdur. Birlikdə hərəkət etməsək nəinki bu günümüzü, həm də gələcəyimizi itirəcəyik. Nəvələrimiz belə bizi bağışlamayacaqlar. Bu prosesdə ən böyük arzum ondan ibarətdir ki, əvvəlki, indiki sədrimiz və bütün partiya üzvlərimiz yumruq kimi bir yerdə dayansınlar. Yoxsa heç birimizin siyasətlə məşğul olmağımızın mənası olmaz”.

Chosen
16
publika.az

1Sources