EN

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 28-də mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +22 dərəcədən +23 dərəcəyədək, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə +23 dərəcədən +24 dərəcəyədək olacaq.

Chosen
13
30
anews.az

10Sources