Türkiyədə internetdə yerləşdirilən daşınmaz əmlak elanlarında əsassız qiymət artımları ciddi şəkildə araşdırılır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə ticarət nazirinin müavini Mahmut Gürcan sosial media hesabında açıqlama verib.
Onun sözlərinə görə, may ayının sonunda qəbul edilən yeni qaydalara əsasən, artıq yalnız vasitəçilər deyil, birbaşa əmlak sahibləri də məsuliyyət daşıyır.
Gürcan bildirib ki, dəyişiklikdən sonra aparılan araşdırmalar nəticəsində 21 əmlak sahibinin əsassız qiymət artımına yol verdiyi müəyyən edilib. Onların hər birinə 200 min lirə (təxminən 8 500 manat), ümumilikdə isə 4,2 milyon lirə (təxminən 180 min manat) cərimə tətbiq olunub.