EN

“KEQO MEDİA” daha bir tanınmış blogerin oğurlanmış səhifəsini özünə qaytardı – FOTO

“KEQO MEDİA” daha bir tanınmış blogerin oğurlanmış səhifəsini özünə qaytardı.

NOCOMMENT.az bildirir ki, son zamanlar TikTok platformasında Sağlam Qidanın təbliğatçısına çevrilmiş tanınmış aşbaz Ceyhun Abadovun səhifəsinin dələduzlar tərəfindən ələ keçirildiyini bildirmişdik.

Xəbər verdiyimiz kimi əvvəlcə tanınmayan şəxs tərəfindən təhdidlər edilib. Bu müraciətlərə cavab verməyən Ceyhun bəy növbəti gün 104 minlik izləyicisi olan profilinə giriş edə bilməyib. 4 gün ərzində dələduzlar səhifə üzərindən Ceyhun bəyin adından insanlara müraciətlər ünvanlayır, müxtəlif məhsulların satışı üçün ödəniş istəyiblər. Həmçinin səhifənin qaytarılması üçün Ceyhun Abadova külli miqdarda pul tələbi qoyubrlar. Bununla bağlı Ceyhun Abadovun işi üzrə TikTok Live-in Azərbaycanda rəsmi agentliyi KEQO MEDİA tərəfindən regional ofis ilə müəllif hüquqlarının tanınması prosessinə başlanıb.

Ceyhun Abadovun sözlərinə görə agentlik lazım olan bütün prosedurları həyata keçirib. Hər zaman keyfiyyətli kontent təbliğatçılarına dəstək olan “KEQO MEDİA” hüquqlarını qoruduğu tanınmış aşbazın rəsmi səhifəsinin qısa zamanda özünə qaytarılmasını təmin edib. “Peşəkar dostumuz Elnur Kələntərova təşəkkürümü bildirirəm. Bu insan ilk gündən səhifəni qaytaracağını bildirdi və sonacan mübarizə apardı. Sağ olsun. TikTok platformasının Azərbaycanda həqiqətəndə ən nüfuzlu portnyoru olduğunu sübut etdi”- Ceyhun Abadov deyib.

Xatırladaq ki, “KEQO MEDİA”  TikTok-un rəsmi partnyoru olaraq Azərbaycanda fəaliyyət göstərir. TikTok-da cəmiyyət üçün müsbət, maraqlı, faydalı kontinentlərin daha geniş auditoriyaya çatdırılmasında böyük rol oynayır və müəlliflərin hüquqlarını qoruyur.

Chosen
34
43
nocomment.az

10Sources