EN

"Azərbaycanfilm"də baş verən partlayış binaya ziyan vurubVideo

Ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə baş vermiş partlayış nəticəsində yaxınlıqda yerləşən çoxmənzilli  binaya da zərər dəyib . 

Hadisə baş verdikdən sonra mənzilinə zərər dəyən binanın sakini  Sevinc Sultanova “Xəzər Xəbər”ə danışıb.

Qadın bildirib ki, hadisə baş verəndə özü və uşaqları evdə olmasa da, yoldaşı hadisənin şahidi olub. Partlayış baş verdikdən sonra qəfil evin qapısı açılıb və evə partlayıcı maddə düşərək partlayıb. 

Qeyd edək ki, hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Chosen
9
xezerxeber.az

1Sources