EN

Siyəzəndə 2 nəfər narkotiklə bağlı saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Natiq Məhərrəmov və Nurlan Qurbanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya bildirilib ki, onlardan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə N.Məhərrəmov və N.Qurbanovun barələrində həbs qətimkan tədbiri seçilib.


Chosen
18
16
sherg.az

10Sources