EN

“Karvan” daha iki futbolçu ilə yollarını AYIRDI

Yeni mövsümün heyət planlamasına start verən "Karvan" iki futbolçu ilə yollarını ayırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yevlax təmsilçisi müqavilə müddətləri başa çatan futbolçular İzzət Müştaqov və Elvin İsmayılovla sağollaşıb. 

Klub futbolçuların hər birinə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Bizim.Media

Chosen
1
5
bizim.media

6Sources