EN

Ermənistan xüsusi təyinatlıları kilsəni əliboş tərk etdilər – YENİLƏNİB/VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidməti xüsusi təyinatlıları arxiyepiskop Mikael Acapaxyanı saxlaya bilmədən Eçmiədzindəki monastırı tərk ediblər.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə MTX-nin bəyanatında deyilir.

Buna səbəb kimi monastır ətrafında çoxlu sayda insanın toplaşması olub.

“MTX və polis təhlükəsizlik səbəbləri ilə və vəziyyətin bilərəkdən qızışdırılmasının qarşısını almaq üçün Eçmiədzindənin ərazisini tərk etmək qərarına gəlib. Mikael Acapaxyanı gizlənməməyə, MTX-nin operativ qrupu üzvlərinin yanına gəlməyə çağırırıq”, - bəyanatda deyilir.

*** 12:34

Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar.

Bizim.Media xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin bildirib.

"Yepiskop indi vəkilimizlə birlikdə gedəcək, biz keşişlərin iclasının keçirildiyi iqamətgaha qayıdacayıq. Orada öz hərəkətlərimizi müzakirə edib qərar qəbul edəcəyik. Ədalətin təntənəsi üçün əlimizdən gələni edəcəyik", - II Qaregin bildirib.


Qeyd edək ki, bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.

II Qareginin özü xüsusi təyinatlıların qarşısına çıxıb. Təhlükəsizlik qüvvələri kilsənin həyətində olan jurnalistləri çıxarıb.

Bundan əlavə, Eçmiədzində katolikosun iqamətgahına daxil olmaq istəyən din xadimləri ilə təhlükəsizlik qüvvələri arasında əlbəyaxa dava düşüb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyana qarşı etirazlara rəhbərlik edən keşiş Baqrat Qalstanyan da saxlanılmışdı.


Bizim.Media

Chosen
14
5
bizim.media

10Sources