EN

Ermənistanın xüsusi təyinatlıları arxiyepiskop Acapaxyanı həbs edə bilməyibYENİLƏNİB

Ermənistan Milli Təhlükəsizlik Xidməti xüsusi təyinatlıları arxiyepiskopf Mikael Acapaxyanı saxlaya bilməyib Eçmiədzindəki monastırı tərk ediblər.

Xezerxeber.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə əsasən, MTX-nin bəyanatında deyilir ki, buna səbəb kimi monastır ətrafında çoxlu sayda insanın toplaşması olub.

“MTX və polis təhlükəsizlik səbəbləri ilə və vəziyyətin bilərəkdən qızışdırılmasının qarşısını almaq üçün Eçmiədzindənin ərazisini tərk etmək qərarına gəlib. Mikael Acapaxyanı gizlənməməyə, MTX-nin operativ qrupu üzvlərinin yanına gəlməyə çağırırıq”, - bəyanatda deyilir.

12:52
Müqəddəs Eçmiədzin monastırında vəziyyət gərginləşib.

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları "təkcə din xadimlərini deyil, həm də media işçilərini təqib edirlər".

Qeyd olunub ki, MTX İrəvandan Müqəddəs Eçmiədzin monastırına yeni qüvvələr göndərib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) arxiyepiskop Mikael Acapaxyanı II Qareginin iqamətgahının yerləşdiyi Eçmiədzin monastırından aparıb.

“Report”un “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, onun saxlanılmasından sonra monastır ətrafında vəziyyət gərgin olaraq qalır. Güc strukturları ilə dindarlar arasında vaxtaşırı toqquşmaqlar baş verir.

Chosen
14
6
xezerxeber.az

10Sources