EN

Ermənistanın xüsusi təyinatlıları Acapaxyanı həbs edə bilməyib

Ermənistan Milli Təhlükəsizlik Xidməti xüsusi təyinatlıları arxiyepiskop Mikael Acapaxyanı saxlaya bilməyib Eçmiədzindəki monastırı tərk ediblər.

“İki sahil”in erməni mətbuatına istinadən verdiyi xəbərə əsasən, MTX-nin bəyanatında deyilir ki, buna səbəb kimi monastır ətrafında çoxlu sayda insanın toplaşması olub.

“MTX və polis təhlükəsizlik səbəbləri ilə və vəziyyətin bilərəkdən qızışdırılmasının qarşısını almaq üçün Eçmiədzindənin ərazisini tərk etmək qərarına gəlib. Mikael Acapaxyanı gizlənməməyə, MTX-nin operativ qrupu üzvlərinin yanına gəlməyə çağırırıq”, - bəyanatda deyilir.

Chosen
14
1
ikisahil.az

2Sources