Oxumeni.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Depressiyada olan 9 qızı öldürüb parçalayan yapon edam edilib
Yaponiyada 9 nəfəri öldürərək parçalayan Takahiro Şiraisi edam edilib, “Kyodo” xəbər agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir. Edamın dəqiq tarixi hələlik açıqlanmayıb.
2017-ci ildə Tokio yaxınlığındakı Kanaqava prefekturasının Zama şəhəri iki ay ərzində törədilmiş bir sıra amansız qətllərlə sarsıldı.
Cinayətin üstü təsadüfən açılıb: itkin düşən qızlardan birinin qardaşı onun parollarını bildiyi üçün şübhəli şəxslə yazışma tapıb, orada qız onunla intihar etmək planlarını müzakirə edib və intihar etmək üçün yoldaş axtarırmış.
Polis Şiraisinin mənzilində axtarış aparan zaman daha səkkiz qurbanın baş və bədən hissələrini tapıblar. Şübhəli şəxs tezliklə qətlləri etiraf edərək, o qədər adam öldürdüyünü və artıq adlarını xatırlamadığını deyib. Qurbanların şəxsiyyətini müəyyən etmək üçün DNT analizi tələb olunub.
2020-ci ilin dekabrında Tokio məhkəməsi Takahiro Şiraisini doqquz adamı öldürməkdə təqsirli bilib və ölümə məhkum edib. Məhkəmə onun törətdiyi cinayətlərə görə məsuliyyətini təsdiqləyərək, tibbi müayinələr əsasında onun sağlam olduğunu müəyyən edib. Qətllərdən əlavə, Şiraisi cəsədləri parçalamaqda və qurbanların qalıqlarını saxlamaqda günahkar bilinib.
Almaz Həsənli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.