EN

Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil EKSPERTDƏN XƏBƏRDARLIQ

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının ərazisində baş vermiş güclü yanğın yay mövsümündə, havaların isti keçdiyi hazırkı dövrdə yanğın təhlükəsizliyini daha da aktuallaşdırır. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az açıqlamasında yay günlərində yanğından mühafizənin xüsusilə önəmli olduğunu bildirdi:

Yanğın təhlükəsizliyi qaydaları, yanğın təhlükəsizliyinin təşkili, yanğın təhlükəsizliyinə riayət olunma norma və standartlarının "Yanğın təhlükəsizliyi haqqında” qanunla tənzimlənir. 

 "Qanunda göstərilib ki bütün idarə və müəssisələr, dövlət və özəl təşkilatlar, yerli və xarici şirkətlər, obyektlərdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına tam əməl etməlidirlər. Yanğın təhlükəsizliyinin təşkili deyəndə ilk növbədə iş yerlərində, idarələrdə yanğın təhlükəsizliyinə dair təlimatlar olur. Bu təlimatlarda yanğın baş verərkən davranış qaydaları, təxliyə planı, yanğın zamanı insanların və əmlakın mühafizəsi qaydaları göstərilir. Daha sonra iş yerlərində "yanğın qrupu” adlanan qruplar olmalıdır. Bu qruplar yanğın baş verəndə insanların təhlükəsiz təxliyə olunmasını, qiymətli kağızların, əmlakın çıxarılmasını və onların mühafizəsini təşkil edirlər. Bu qruplara mütəmadi təlimlər keçirilməli və onlar hər hansı fövqəladə vəziyyətə həm fiziki, həm də psixoloji hazır olmalıdırlar. İdarələrdə yanğından mühafizə üçün yanğın sensorları, yanğın hidrantları, yanğın şitləri tam komplekt - yanğınsöndürən balon, bel, balta, ling, qum, vedrə, yanğınsöndürən toplar ilə təmin edilməli, onların daima işlək və saz vəziyyətdə olmaları yoxlanılmalıdır. Bunlar yanğın baş verərsə, yanğının qarşısını almaq üçün vacib vasitələrdir. Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil. Amma ehtiyat tədbirləri görməklə təhlükənin minimallaşdırılması mümkündür. Xüsusilə yay fəslində, havaların isti keçdiyi bir vaxtda idarə və müəssisələr diqqətli olmalıdır. Ani bir qığılcım, kiçik bir səhlənkarlıq böyük faciələrə səbəb ola bilər. Ərazilərdə məişət tullantılarının, tez almışan maddə və materialların olmamasına çalışılmalıdır. Elektrik naqilləri saz vəziyyətdə, zədələnmiş olmamalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
sherg.az

2Sources