EN

Ermənistanla builki danışıqlardan nəticə gözləməyə dəyməz ŞƏRH

ain.az bildirir, Sherg.az portalına istinadən.

"Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə jurnalistlərin suallarına cavab verərkən, ölkəsinin Azərbaycanla aparılan danışıqların dalana dirənmədiyini, dialoqun davam etdiyini bildirib. Əslində danışıqlarda irəliləyiş yoxdur. Çünki, Ermənistan hakimiyyəti Konstitusiya dəyişikliyini gələn il həyata keçirəcəyini bildirib. Bunsuz sülh sazişinin imzalanması mümkün deyil. Deməli, builki danışıqlardan nəticə gözləməyə dəyməz". 

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə Ermənistan rəsmiləri danışıqlarla bağlı optimist açıqlamalar verməkdə davam edirlər:

"Bu baş nazir Nikol Paşinyanın komanda üzvlərinə tapşırığıdır. Çünki, erməni rəsmilər danışıqların aparılmadığını və irəliləyişin olmadığını söyləsələr, bu radikal müxalifətə hakimiyyətlə mübarizədə əlavə stimul verəcək. Paşinyan isə radikal müxalifət və kilsə ilə mübarizə apardığı, o cümlədən çevrilişdə ittiham etdiklərini həbsə göndərdiyi məqamda Azərbaycanla danışıqlarda uğursuzluğunu biruzə vermək istəmir. Əslində, Paşinyanın rəqibləri ilə mübarizədə zəif düşməsi Azərbaycanın da maraqlarına cavab vermir. Təsadüfi deyil ki, rəsmi Bakı erməni rəsmilərin danışıqlarla bağlı optimist açıqlamalarına şərh vermir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
sherg.az

2Sources