EN

Paşinyan seçki öncəsi ona qarşı formalaşan müxalifət koalisiyasını dağıdır - ŞƏRH

"Ermənistan baş naziri Nikol Paşinyan seçki öncəsi əsas müxalifət sayılan Erməni Kilsəsini neytrallaşdırmağa çalışır".

Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, Nikol Paşinyanın dövlət çevrilişinə cəhddə ikinci Qaregeni də ittiham etməsi istisna deyil: 

"Göründüyü kimi, Paşinyan həm Azərbaycanla sülhə mane olan, həm də seçki öncəsi ona qarşı formalaşan müxalifət koalisiyasını dağıdır. Erməni Apostol Kilsəsi erməni silahlı ideologiyasının əsas mərkəzi olub. Kilsənin Paşinyana qarşı silahlı dövlət çevrilişinə hazırlaşması mümkündür. Baş nazir sakit oturub, revanşist qrupların güclənməsinə və ona edam kürsüsünün hazırlanmasına seyrçi qala bilməzdi. Bir müddət əvvəl "Taşir" şirkətlər qrupunun rəhbəri Karapetyanın Rusiyadan Ermənistana gəlib, kilsəyə dəstək verməsi göstərir ki, dövlət çevrilişinin bir ucu ona, Rusiyaya bağlıdır".

Analitik qeyd edib ki, revanşist qrup təkcə Azərbaycana qarşı deyil: 

"Nikol Paşinyana qarşı olan kilsə və müxalifət revanşist ehval- ruhiyyədədir. Ermənistanda həyata keçirilən həbslərlə Nikol Paşinyan Kilsənin xalq qarşısındakı nüfuzuna zərbə vurmağa və ikinci Qaregini istefaya məcbur etməyə çalışır. Proseslərin Paşinyanın xeyrinə dəyişəcəyi gözlənilir".
Chosen
8
sherg.az

1Sources