EN

Ermənistanda gərginlik Daha bir arxiyepiskopun saxlanılması üçün əməliyyat keçirilir + Video

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

II Qareginin iqamətgahında Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyanın saxlanılması üzrə əməliyyat davam edir.

Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, Ermənistan təhlükəsizlik qüvvələrinin nümayəndələri Acapaxyanı aparmağa cəhd ediblər.

Təhlükəsizlik qüvvələri yepiskopu zorla maşına mindirməyə çalışsalar da, arxiyepiskop II Qareginin özünün müşayiəti ilə bütün ermənilərin katolikosunun iqamətgahına yollanıb. Mikael Acapaxyan hazırda Eçmiədzinin Ana taxtındadır.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları İsakov prospektini bağlayıblar, vətəndaşlar Eçmiədzinin Ana taxtını qorumaq üçün Eçmiədzinə getməyə çalışırlar.

Eçmiədzin Ana taxtında vəziyyət vaxtaşırı gərginləşir, vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
2
yeniavaz.com

3Sources