EN

Bir neçə gün əvvəl bombalamışdı, indi 30 milyard yardım edəcək

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ İranı masaya qaytarmaq üçün 30 milyard dollarlıq yardım planı hazırlayıb.

Milli.Az bildirir ki, bu iddia ilə CNN çıxış edib.

ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla İsrail arasında baş verən 12 günlük müharibənin ardından əldə edilən atəşkəsdən sonra Tehranı nüvə danışıqlarına qaytarmaq üçün yeni təşəbbüslərlə çıxış edib.

CNN-in yaydığı xəbərə görə Trampın rəhbərliyi İranı müzakirə masasına əyləşdirmək üçün ancaq "sivil nüvə proqramları" çərçivəsində istifadə ediləcək 20-30 milyard dollar arası yardım paketi hazırlayıb. Məlumata əsasən bu vəsaitin əsasən Körfəz ölkələrindən olan ərəb müttəfiqlər tərəfindən qarşılanması nəzərdə tutulur.

Mənbələr bildiriblər ki, sözügedən yardım planı ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun rəhbərliyi ilə keçirilən qapalı toplantıda müzakirəyə çıxarılıb. Həmin görüşdə İranın uranı zənginləşdirmədən, yalnız sülh məqsədli enerji istehsalına yönəlik nüvə proqramına dəstək göstərilməsi təklif edilib.

Bundan əlavə, təklif paketində bəzi iqtisadi sanksiyaların yumşaldılması və Tehranın xarici banklardakı, istifadəsi məhdudlaşdırılmış 6 milyard dollarlıq aktivlərinə çıxışına icazə verilməsi də yer alıb.

ABŞ administrasiyası bu yolla bölgədə gərginliyi azaltmaq və İranı danışıqlara cəlb etməyi hədəfləyir. Hazırda rəsmi Tehran bu iddialarla bağlı hər hansı açıqlama verməyib.

İslam

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
2
news.milli.az

10Sources