EN

Gürcüstanda daha bir müxalifət lideri həbs olunub

Tbilisi, 27 iyun, AZƏRTAC

İyunun 27-də Tbilisi şəhər məhkəməsi müxalifət liderlərindən olan Givi Tarqamadzeni 7 ay müddətinə azadlıqdan məhrum edib.

AZƏRTAC xəbər verir ki, məhkəmənin qərarı ilə onun iki il müddətinə vəzifə tutması da qadağan olunub.

G.Tarqamadze parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur.

Qeyd edək ki, aprelin 3-də siyasətçi Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının iclasına çağırılsa da, o, çağırışa getməkdən imtina edib.

Son günlərdə Tbilisi məhkəməsinin qərarları ilə eyni ittihamla “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze 7 ay, “Güclü Gürcüstan” koalisiyasının liderləri - Mamuka Xazaradze və Badri Caparidze 8 ay, “Ağmaşenebeli strategiyası” partiyasının lideri Giorgi Vaşadze 7 ay müddətinə azadlıqdan məhrum ediliblər.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
2
2
azertag.az

5Sources