EN

Qara istiotun bilmədiyimiz FAYDALARI

Biz qara istiotu mətbəxdə adi bir ədviyyat, duzun daimi yoldaşı kimi qəbul etməyə öyrəşmişik. Amma bilirdinizmi ki, bu sadə ədviyyatın əhəmiyyətli müalicəvi potensialı da var?
 
Qara istiot sağlam həyat tərzi sürmək istəyən hər kəsin nəzərə almalı olduğu ədviyyatdır.
 
Qara istiotu orqanizm üçün faydaları
 
Güclü antioksidant. Qara istiotu əsas təsir edən maddəsi piperindir. Məhz o, ədviyyata özünəməxsus acı dad verir və antioksidant xüsusiyyətlərə malikdir. Piperin orqanizmdə oksidləşdirici stresslə mübarizə aparır, sərbəst radikalları neytrallaşdıraraq hüceyrələrin zədələnməsinin və qocalmanın qarşısını alır.
 
Təbii iltihabəleyhinə vasitə
 
Orqanizmdəki iltihab bir çox xroniki xəstəliklərin, artritdən ürək-damar xəstəliklərinə qədər əsas səbəblərindən biridir. Qara istiot iltihab proseslərini zəiflədə bilir. Məlum olub ki, qara istiotu zərdəçöl (kurkuma) və zəncəfil ilə birlikdə qəbul etmək, məsələn, diz oynağının osteoartritinin müalicəsində bəzi iltihabəleyhinə dərmanlar qədər effektiv ola bilər.
 
Qidaların mənimsənilməsini yaxşılaşdırır. Piperin faydalı maddələrin (dəmir, beta-karotinin və kurkuminin) orqanizm tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə artırır.
 
Duz üçün faydalı alternativ
 
Qara istiotu É™n praktik üstünlüklÉ™rindÉ™n biri  duz istehlakını azaltmaq imkanının olmasıdır. Natriumun artıq miqdarı yüksÉ™k qan tÉ™zyiqi, ürÉ™k xÉ™stÉ™liklÉ™ri vÉ™ insult riskini artırır. YemÉ™klÉ™rÉ™ duz É™vÉ™zinÉ™ daha çox qara istiot É™lavÉ™ etmÉ™klÉ™ siz bu risklÉ™ri azaldırsınız, dad keyfiyyÉ™tindÉ™n isÉ™ imtina etmirsiniz.
 
Minilliklər boyu tibbdə istifadə
 
Qara istiotu qədimdən müalicəvi vasitə kimi istifadə ediblər. Müxtəlif mədəniyyətlərdə, həzm pozuntularında, immun sistemini dəstəkləmək üçün, ümumi möhkəmləndirici vasitə kimi kimi istifadə olunur. Müasir tibbin hələ əlavə tədqiqatlara ehtiyacı olsa da, xalq təcrübəsi bu ədviyyatın çoxəsrlik təsirini təsdiqləyir.
 
Qara istiotu zərəri
 
Ümumiyyətlə, qara istiotu orta miqdarda istehlak etmək əksər insanlar üçün təhlükəsizdir. Lakin istənilən məhsul kimi, artıq miqdarda qəbul edildikdə müəyyən narahatlıqlara, qıcqırma, mədənin qıcıqlanması, həzm pozuntularına səbəb ola bilər.
 
Xüsusilə, mədə turşuluğu yüksək olan, qastrit və ya mədə xorası olan insanlar ehtiyatlı olmalıdır.
 
Qara istiotu nə qədər qəbul etmək olar?
 
Mineralların mÉ™nimsÉ™nilmÉ™sini yaxşılaÅŸdırmaq üçün gündÉ™ ¼ çay qaşığı (tÉ™xminÉ™n 0,5-1 qram) kifayÉ™tdir.
 
Bəziləri gündə 1-2 xörək qaşığına qədər qəbul edirlər, lakin bu qədər miqdar əksər insanlar üçün narahatlıq yarada bilər.
 
Yadda saxlayın: qara istiot əsas yemək deyil, ədviyyatdır. Onu ölçülü şəkildə istifadə edin, dad və özünüzü necə hiss etdiyinizə əsaslanın. /Lent.az/
Chosen
20
14
moderator.az

10Sources