EN

Bred Pittin evi qarət olundu

Hollivud ulduzu Bred Pittin Los-Ancelesdəki evi naməlum şəxslər tərəfindən qarət edilib.

Kulis.az xəbər verir ki, Los-Anceles polisi oğruları axtarır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, oğurluqda 3 nəfər iştirak edib. Onlar aktyorun evinə pəncərədən girərək müxtəlif qiymətli əşyaları götürüblər.

Hadisə iyunun 19-da baş verib. Hüquq-mühafizə orqanlarındakı mənbələr oğurluq baş verən zaman sənətçinin evdə olmadığını qeyd edib.

Qeyd edək ki, aktyor bu evi 2023-cü ilin aprelində 5,5 milyon dollara alıb.

Chosen
9
1
kulis.az

2Sources