EN

Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Köməkçi Orqanlarının 62-ci sessiyasında iştirak edib

Bakı.Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini,COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərliyi ilə COP29Sədrliyinin danışıqlar üzrə nümayəndə heyəti Birləşmiş MillətlərTəşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının(UNFCCC) Köməkçi Orqanlarının 62-ci sessiyasında (SB62) və buçərçivədə keçirilən tədbirlərdə iştirak edib.

Bu barədə Trend-ə Azərbaycan XİN-dən məlumat verilib.

SB62 çərçivəsində nazir müavini Y.Rəfiyev Türkiyə, Avstraliya,Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Filippin, QırğızRespublikası, Misir və Çin nümayəndə heyətləri ilə ikitərəfligörüşlər keçirib və bir sıra aparıcı beynəlxalq media qurumlarınamüsahibələr verib.

Sessiyanın gündəliyinin razılaşdırılması üzrə ilk 2 gün ərzindəaparılmış danışıqlar nəticə vermədiyi üçün Köməkçi Orqanlarınsədrləri və COP30-un Braziliya Sədrliyinin müraciəti əsasındaölkəmizin nümayəndə heyəti Tərəf dövlətlər arasında kompromisinəldə edilməsi məqsədilə vasitəçilik edib və intensiv danışıqlardansonra gündəliyin qəbuluna nail olunub.

UNFCCC-nin Köməkçi Orqanların sədrləri, eləcə də çıxış edən birsıra nümayəndə heyətləri SB62-nin gündəliyinin razılaşdırılması vəqəbul edilməsi prosesində göstərdiyi həlledici dəstəyə görəAzərbaycan tərəfinə təşəkkür ediblər.

COP30-un gündəliyində olan bir neçə vacib istiqamət üzrədanışıqların COP29-da Azərbaycan Sədrliyi tərəfindən hazırlanmışsənəd layihələri üzərindən başlanması barədə razılığa gəlinib.Nəticədə, bəzi yekun qərarlarda Azərbaycan tərəfinin COP29-dahazırladığı layihələrin mətnlərindən istifadə olunub.

Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindənCOP29-un tarixi nəticələrini təşviq etmək, eləcə də COP29çərçivəsində həyata keçirilən uğurlu fəaliyyətin ardıcıllığınıtəmin etmək məqsədilə tədbirlər təşkil edilib.

Bildirilib ki, bu tədbirlərdən dördü COP29 Sədrliyinin FəaliyyətPlanının təşəbbüsləri olan İqlim maliyyəsi, investisiya və ticarətüzrə Bakı Təşəbbüsü (BICFIT), Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi(Bakı Hub) Tərəfdaşlığı: Sülh naminə İqlim Fəaliyyətinin Təşviqi vəBakı Qlobal İqlim Şəffaflığı Platforması ilə bağlı olub

SB62-də həmçinin Azərbaycanla Braziliya tərəfindən COP29-daAzərbaycan və Braziliyaya verilmiş mandatdan irəli gələrək iqlimmaliyyəsinin 1.3 trilyona qaldırılması ilə bağlı “Bakıdan Belemə1.3 trilyon ABŞ dolları üzrə Yol Xəritəsi”nə dair dövlət vəqeyri-dövlət aktorlarla iki dinləmə görüşü və “Bakıdan Belemə:Uyğunlaşma ambisiyalarının danışıqlardan fəaliyyətə keçidi” adlıkonfrans təşkil edilib.

Bundan əlavə, COP29 Sədrliyi rolundan irəli gələrək,Azərbaycanın danışıqlar üzrə nümayəndə heyəti SB62 çərçivəsindəiqlim dəyişmələrinin müxtəlif istiqamətlərini əhatə edən çoxsaylımandatlı tədbirin açılışını edərək, COP29-un tarixi nəticələrininiqlim fəaliyyətinə verdiyi töhfələri diqqətə çatdırıb, xüsusilə dəhəmin qərarların iqlim dəyişmələri ilə mübarizəyə, o cümlədənimkanları zəif olan dövlətlərə verəcəyi töhfələri qeyd ediblər.

Məqalədə:
Chosen
25
50
az.trend.az

10Sources