2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) kredit borcunun faiz ödənişi 5 milyon 55 min 835,35 manat təşkil edib.
FED.az bu barədə qurumun illik maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 78 min 651,53 manat və ya 1,6% artıb.
Agentliyin kreditlərin ödənilməsinə çəkdiyi xərci onun ümumi xərclərinin 0,1 %-i qədərdir.
Xatırlatma üçün bildirək ki, 2023-cü ildə bu xərc maddəsi üzrə göstərici 4 milyon 977 min 183,82 manat olub.