Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası 39 yaşlı dünya ulduzu Kriştiano Ronaldo ilə 2 illik rekord müqavilə imzalayıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən müqavilənin detalları üzə çıxıb.
Razılaşmanın ən diqqət çəkən bəndi Ronaldoya verilən 15%-lik klub payı olub.
Müqavilənin digər şərtləri isə aşağıdakı kimidir:
İllik maaş: 209 milyon avro
İmza haqqı: 28,8 milyon avro
Hər qol üçün: 94 min avro bonus
Hər asistə görə: 47 min avro bonus
Ən yaxşı bombardir olarsa: 4,7 milyon avro bonus
Komanda liqa çempionu olarsa: 9,4 milyon avro
Əl-Nassr Asiya Çempionlar Liqasını qazanarsa: 7,6 milyon avro
Ronaldonun həyat səviyyəsi də müqavilənin bir hissəsinə çevrilib. Müqaviləyə əsasən, ulduz futbolçu 4 cangüdən, 4 təmizlik işçisi, 3 bağban, 3 sürücü və 2 şəxsi aşpazla təmin olunub.
Şəxsi təyyarə xərcləri klub tərəfindən qarşılanacaq.
Bundan əlavə, “Əl-Nəsr” Ronaldonu 70,5 milyon avroluq sponsorluq razılaşmaları ilə də təmin edəcək.
Billurə Yunus