EN

Könül Nurullayeva növbəti səyyar qəbulunu keçirib


Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu üzrə növbəti səyyar qəbulunu keçirib. Belə ki, K.Nurullayeva Nəsimi küçəsi 28 32 və 32 A ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.

Millət vəkilinin ofisindən Newscenter.az-a verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Ruhiyyə Mehdiyeva
Chosen
5
9
newscenter.az

10Sources