Türkiyənin “Eyüpspor” klubu Caner Erkinlə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cinah oyunçusu ilə müddəti başa çatan müqavilə uzadılmayıb.
Caner 2023-cü ildən “Eyüpspor”da çıxış edir. O, 54 oyunda 8 qol vurub, 12 məhsuldar ötürmə edib.