EN

“Uimbildon”da əfsanənin heykəli qoyulacaq

2027-ci ildə İngiltərə futbolunun məbədində – “Uimbildon”da əfsanəvi tennisçi Endi Murreyin heykəli qoyulacaq.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” yazıb.

Arenanın direktoru Debbi Cevans bildirib ki, abidənin yaradılması ideyası Endinin 2024-cü ildə mərkəzi kortda keçirdiyi emosional vida matçından sonra yaranıb. Təşkilatçılar həmçinin “Rolan Qarros”da xüsusi lövhəsi qoyulan Rafael Nadaldan ilhamlanıb.

Murrey, 77 ildən sonra kişilər arasında “Uimbldon” çempionluğunu qazanan ilk britaniyalıdır. Heykəl turnirin 150 illik yubileyi münasibətilə açılacaq.

Chosen
3
publika.az

1Sources