“Napoli” və “Liverpul” Darvin Nunesin potensial transferi ilə bağlı danışıqları davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
İngiltərə çempionları A Seriyasının qaliblərindən Nunes üçün 65 milyon avro istəyir. İtaliya klubu hazırda potensial transfer müqaviləsinin mümkün strukturu üzərində işləyir, eləcə də bütövlükdə onun mümkünlüyünü qiymətləndirir.
Nunesin “Liverpul”la müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.