EN

20 milyonluq toy 3 gün 3 gecə davam edəcək - Fotolar

Amazon-un qurucusu milyarder Ceff Bezos və onun nişanlısı, amerikalı teleaparıcı Lauren Sançes Venesiyada evlənirlər.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, yerli əhalinin etirazına baxmayaraq, toy şənlikləri üç gün davam edəcək. 

VIP dairələrdə bu tədbir “əsrin toyu” adlanır və təxminən 50 milyon avroya başa gələcəyi təxmin edilir.
 

Yerli hava limanı qonaqlar - şou-biznes ulduzları, siyasətçilər və maliyyə maqnatları ilə birlikdə 90 şəxsi təyyarə qəbul etməyə hazırlaşır. Venesiya limanları şəxsi yaxtaların gəlməsini gözləyir. Yeni evlənənlərin özləri bir gün əvvəl Venesiyaya gəliblər.


Qeyd edək ki, 61 yaşlı Ceff Bezos 227 milyard dollar sərvəti ilə Forbes jurnalına görə planetin dördüncü ən zəngin adamıdır. Cütlük  2023-cü ilin mayında nişanlanıb.




Bizim.Media

Chosen
13
bizim.media

1Sources