EN

Ronaldo illik nə qədər qazanacaq? futbol tarixində rekord göstərici

ain.az, Sportal.az saytına istinadən bildirir.

Kriştianu Ronaldonun "Əl-Nəsr"lə müqaviləsini 2027-ci ilə qədər uzatdıqdan sonra alacağı maaş məlum olub.

Sportal.az xəbər verir ki,  bu, futbol tarixində rekord göstəricidir. Jurnalist Tankredi Palmerinin məlumatına görə, 40 yaşlı portuqaliyalı hücumçu illik 263 milyon avro qazanacaq. Bu məbləğ futbol tarixində ən yüksək illik gəlirdir.

Müqayisə üçün:

Karim Benzema ("Əl-İttihad") – 200 milyon avro

Lionel Messi ("İnter Mayami") – 200 milyon avro

Kilian Mbappe ("Real") – 77,5 milyon avro

Sadio Mane ("Əl-Nəsr") – 41 milyon avro

Bundan əvvəl "Marca" nəşri Ronaldonun illik maaşının 183 milyon avro olacağını yazmışdı. Yeni rəqəm isə əvvəlki məlumatı əhəmiyyətli dərəcədə üstələyir.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
sportal.az

2Sources