Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölübBu barədə APA-nın Mil-Muğan bürosu xəbər verir.***
01:45Hacıqabul rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən Bakı şəhəri, Əmircan qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elmir Yusif oğlu Ağamalıyevi vurub.
Piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.