Amerikalı məşhur aktyor Bred Pittin evi qarət edilib. SİA xəbər verir ki, bu barədə mənbələrə istinadla "NBC News" məlumat yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 3 nəfər aktyorun evinə pəncərədən girərək müxtəlif qiymətli əşyaları çıxarıblar. Los-Anceles polisi (Kaliforniya) hazırda həmin cinayətkarları axtarır.