EN

İlk yadplanetli qurğunu oğurlamaq istədilər

Ufoloqlar Stiv Qrir və Xayme Maussan mətbuat konfransı keçirərək, Buq kürəsini oğurlamaq cəhdini elan ediblər.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.

Onlar bildiriblər ki, kürə mart ayında Kolumbiyanın Buqa şəhəri üzərində kəşf edilib. Bu qəribə bir trayektoriya ilə uçan kiçik bir metal topdur. Kürə kəşf edildikdən sonra əlavə tədqiqat üçün Meksikaya aparılıb.

Ufoloqlar iddia ediblər ki, Buq kürəsi şəxsi əllərə keçən ilk yadplanetli qurğudur. Qrir və Maussan cihaza cərəyan tətbiq edərək onu aktivləşdirməyə çalışıblar.

Lakin ufoloqlar qeyd ediblər ki, polis geyimində olan naməlum şəxslər onu oğurlamağa cəhd ediblər.

Chosen
14
2
publika.az

10Sources