Amerikalı məşhur aktyor Bred Pittin evi qarət edilib.
Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadla "NBC News" məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 3 nəfər aktyorun evinə pəncərədən girərək müxtəlif qiymətli əşyaları çıxarıblar.
Los-Anceles polisi (Kaliforniya) hazırda həmin cinayətkarları axtarır.