Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub. Bu barədə SİA-ya FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Nazirlik bildirir ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.