EN

Tramp Çinlə ticarət sazişi imzalandığını ELAN ETDİ

Amerika Birləşmiş Ştatları ilə Çin arasında yeni ticarət sazişi imzalanıb.

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp məlumat verib.

"Biz dünən Çinlə ticarət müqaviləsi imzaladıq, elə deyilmi? Biz indicə Çinlə imzaladıq", - Ağ Ev rəhbəri deyib.

Amerika lideri aydınlaşdırıb ki, sövdələşmə Çin bazarının ABŞ istehsalçılarına açılmasının başlanğıcını ehtiva edir.

Tramp əlavə edib ki, ABŞ digər ölkələrlə “böyük sövdələşmələr” etməyi planlaşdırır. Xüsusilə, ABŞ Hindistanla "çox böyük" müqavilə imzalaya bilər. Prezidentin sözlərinə görə, saziş Hindistan bazarını Amerika biznesi üçün açacaq.

Chosen
33
1
publika.az

2Sources