EN

"Bavariya" almaniyalı futbolçunu transfer etməyə yaxındır

"Bavariya" Nik Voltemade ilə şifahi razılıq əldə edib.

Sportal.az xəbər verir ki, jurnalist Florian Plettenberqin məlumatına görə, Münhen klubu "Ştutqart"ın hücumçusuna 2030-cu ilə qədər müqavilə təklif edib. Voltemade artıq bu yay "Bavariya"ya qoşulmaq istəyir. Klubun müşahidə şurası da transferə müsbət rəy verib.

Hazırda klublar arasında danışıqlar aparılmır. "Ştutqart" futbolçunu heyətində saxlamaq niyyətindədir.

Voltemadenin "Ştutqart"la olan mövcud müqaviləsi 2028-ci ilə qədər qüvvədədir və müqavilədə təxirəsalınmaz transfer (buy-out) maddəsi nəzərdə tutulmayıb.

23 yaşlı futbolçu ötən Bundesliga mövsümündə 28 oyunda 12 qol vurub və komandanın ikinci ən məhsuldar oyunçusu olub.

saytlarin hazirlanmasi

Chosen
30
1
sportal.az

2Sources