Hər iki avtomobil yuyulur, avtoyuma məntəqəsində yox, Bakıdakı orta məktəblərdən birnin həyətində, özü də qadınlar tərəfindən…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, iddialara görə, 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədovaya və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən nəqliyyat vasitələri məktəb ərazisində qeyri-qanuni şəkildə saxlanılır və məktəbin xadimələri tərəfindən yuyulur. Baxmayaraq ki, normativlərə əsasən, məktəb ərazisinə nəqliyyat vasitələrinin girişi tamamilə qadağandır.
Sosial şəbəkələrdə geniş yayılan bu fotoşəkil geniş auditoriraya tərfindən sərt tənqid olunub. Məsələnin aktuallağını nəzərə alıb yolumuzu 240 saylı orta məktəbdən saldıq.
Məktəbin direktoru Esmira Məmmədova “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, 240 saylı orta məktəbdə DİM -keçirəcəyi imtahana hazırlıq ərəfəsində təhsil ocağında təmizlik işləri aparılırmış. Avtomobillərin də yağışdan sonra toz içində olduğunu görüb onu da yumağa başlayıblar. Bununla bağlı nə direktor, nə də direktor müavini tərəfindən işçilərə heç bir tapşırıq verilməyib.
Məktəbin direktoru qeyd edib ki, şəkil çəkən şəxsi tanıyırlar. Esmira Məmmədova baş verən hadisə ilə başlı Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinə çağrılıb və izahatı alınıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.