EN

Almaniyada 6 hərbi yük maşını yandırıldı

BAKI, 26 iyun. TELEQRAF

Almaniyanın Erfurt şəhərində 6 hərbi yük maşını yanıb.

Teleqraf xəbər verir ki, bu barədə HNA məlumat yayıb.

Nəşr onu da yazır ki, oxşar hadisə bu yaxınlarda Aşağı Saksoniyada baş verib.

Səbəblər açıqlanmır, lakin HNA xatırladır ki, 2024-cü ilin mayında Soltauda hərbi yük maşınları yandırılıb və məsuliyyəti “Agenda2029” adlı qrup öz üzərinə götürüb.

Onların bəyanatında deyilirdi: "Burada, Almaniyada qlobal müharibənin daha da genişlənməsi hazırlanır, ona görə də biz müharibəni qızışdıranların mərkəzlərini sabotaj etməliyik".

Chosen
86
34
teleqraf.com

10Sources