EN

“Neftçi” paraqvaylı futbolçunu icarəyə götürdü

Paraqvaylı Luis Ortis icarə əsasında “Sportivo Ameliano”dan “Neftçi”yə keçib.

Referans xəbər verir ki, bu barədə “flaqman”ın mətbuat xidməti məlumat yayıb.

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb”, – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, indiyədək yalnız Paraqvayda çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur.

Chosen
29
8
referans.az

10Sources