Mərkəzi Afrika Respublikasının paytaxtında orta məktəbdə transformatorun partlaması səbəbindən çaxnaşma yaranıb, nəticədə ən azı 29 şagird həlak olub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə 5 mindən çox şagirdin liseydə buraxılış imtahanı verdiyi zaman baş verib. Yaranmış təlaş nəticəsində 260 nəfərin yaralandığı vurğulanıb.