EN

Putin şahzadəsi ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın böyük oğlu və Əbu-Dabinin vəliəhd şahzadəsi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlama verib.

“Putin BƏƏ-nin vəliəhd şahzadəsi ilə ayrıca görüş keçirəcək və həmin görüşdə uzun zamandır gözlənilən azad ticarət zonası sazişi imzalanacaq. Onunla ayrıca danışıqlar da olacaq” ,- deyə Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya lideri Aİİ sammiti çərçivəsində ikitərəfli görüşlər keçirəcək.

“Adətən Prezident bu cür tədbirlərdən istifadə edərək hər kəslə ayaqüstü də olsa söhbət etməyə çalışır”, - deyə Kremlin sözçüsü qeyd edib. \\Cebheinfo.az

Chosen
15
50
hurriyyet.az

10Sources