“Transfermarkt” portalı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.
Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”ə keçən 28 yaşlı hücumçunun qiyməti 200 min avro artıb.
Hazırda onun transfer dəyəri 1 milyon avro (təxminən 1,97 milyon manat) qiymətləndirilir.
Mahir Emreli başa çatan mövsümü “Nürnberq”də keçirmişdi.