EN

Xosep Qvardiola: “Biz əzab çəkəcəyik ki…”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2025-ci il FIFA Klub Dünya Kubokunun əsas fəsadı haqda söhbət açıb.

Arena.az BBC-yə istinadən məlumat verir ki, 54 yaşlı ispan mütəxəssis əsas diqqəti yarış iştirakçılarının şikayətləndiyi isti hava üzərinə yönəldib:

“İsti göz qabağındadır. Biz bunu dəyişə bilmərik, elə deyilmi? Odur ki, son dəfə Atlantadakı “Mersedes-Bents Stedium”da oynadığımız kimi oynamaq olar. Bu, inanılmaz idi! Amma mən düşünürəm ki, bütün komandalara bunun öhdəsindən gəlmək gərək olacaq, odur ki, nə var, ortadadır. Növbəti dünya çempionatında insanlar bu fəsaddan daha xəbərdar olacaqlar, amma, bəli, biz əzab-əziyyət çəkməyə hazır olmalıyıq”, deyə Xosep Qvardiola vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” yarışın qrup mərhələsinin 3-cü turu çərçivəsində “Yuventus”la qarşılaşacaq. Təxmin edilir ki, komandaların iyunun 26-da üz-üzə gələcəyi, Orlandonun “Kempinq Uorld” stadionunda oyun günü havanın hərarəti 33 °C olacaq.

2 turdan sonra komandaların yer aldıqları “G” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. “Yuventus” – 6 xal;
  2. “Mançester Siti” – 6 xal;
  3. “Vidad” – 0;
  4. “Əl-Əyn” – 0.
Chosen
22
arena.az

1Sources