EN

Mbappe Zalsburq la oyunu da kənardan izləyəcək

Fanat saytına istinadən ain.az xəbər verir.

"Real Madrid"in hücumçusu Kilian Mbappe klublararası dünya çempionatında növbəti oyunu da kənardan izləyəcək.

Fanat.Az xəbər verir ki, məlumatı Madrid təmsilçisinin mətbuat xidməti yayıb.

Məşqlərə başlayan 26 yaşlı hücumçunun adı qrup mərhələsinin 3-cü turunda Avstriya təmsilçisi “Zaltsburq”a qarşı matçın da iştirak ərizəsinə salınmayıb.

Fransalı forvard xəstələndiyi üçün Səudiyyə Ərəbistanın "Əl-Hilal" (1:1) və Meksikanın "Paçuka" (3:1) kollektivləri ilə görüşdə meydana çıxmayıb.

Qeyd edək ki, iyunun 19-da xəstəxanaya yerləşdirilən Mbappe dünəndən kollektiv çalışmalara qatılır. İyunun 27-də keçiriləcək “Zaltsburq” - "Real" oyunu Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
2
fanat.az

10Sources