EN

Xəstəxanalarda reanimasiyada niyə yer yoxdur?

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı şəhər sakini, xəstəxanalarda reanimasiyalarda boş yerin olmamasından şikayətçidir.

Oxu.Az xəbər verir ki, sakin böyrək çatışmazlığından əziyyət çəkən atasının reanimasiyaya yerləşdirilməsi gərəkdiyini söyləyib.

"Atam böyrək çatışmazlığından əziyyət çəkir. Vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Neftçilər Xəstəxanasına apardıq. Həkim rəyinə əsasən, reanimasiyaya yerləşdirilməlidir. Lakin xəstəxanada yer yoxdur. Nəinki bu xəstəxanada, biz Təcili Təxirəsalınmaz Tibbi Yardıma başqa xəstəxanada yerləşdirilmə üçün müraciət etsək də, xəstəxanaların heç birində reanimasiyada yer olmadığı bildirilib", - deyə o qeyd edib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir:

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, həmçinin tibb kadrlarından və tibb müəssisələrinin infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə bir sıra tibb müəssisələrində çarpayı fondunun idarə olunması üzrə nəzarət modulu yaradılıb. TƏBİB-in aidiyyəti struktur bölmələri və tibb müəssisələrinin rəhbərləri həmin modula giriş imkanına malikdirlər.

Qeyd etməliyik ki, xəstəxanalarda çarpayı sayı (stasionar, intensiv terapiya) tibb müəssisəsinin mövcud infrastrukturu, kadr potensialı, ixtisaslaşması normativ hüquqi aktlara əsasən tənzimlənir. Pasiyentlərin sağlamlıq durumları tibb personalı tərəfindən dəyərləndirdikdən sonra zərurət üzrə onların müvafiq şöbələrə yerləşdirilməsi təmin olunur.

Son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir.

Bəzən boş çarpayı olmadığı üçün müraciət etmiş vətəndaşlar TƏBİB tabeli tibb müəssisələrinə yerləşdirilə bilmir.

Artım dinamikasını nəzərə alaraq yeni intensiv terapiya şöbələrinin yaradılması nəzərdən keçirilir".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
5
oxu.az

6Sources