EN

Paşinyanın adamı Türkiyəyə bu mesajı göndərdi - VİDEO

Ermənistan-Türkiyə münasibətlərində “konstruktiv mərhələ” – İrəvanın Ankaraya ismarışı

Ermənistanın baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri “müsbət atmosferdə” keçib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirinin müavini Vaan Kostanyan bəyanat verib.

O bildirib ki, səfər zamanı Ermənistan-Türkiyə ikitərəfli münasibətləri ilə yanaşı, Cənubi Qafqaz və Yaxın Şərqdəki regional məsələlər də müzakirə olunub.

“Ermənistan və Türkiyənin bir sıra məsələlər üzrə mövqeləri kifayət qədər yaxın olaraq qiymətləndirildi”, - deyə Vaan Kostanyan bildirib.

Diplomatın sözlərinə görə, iki ölkə arasında diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədin açılması ilə bağlı razılaşma qüvvədə qalır və bu istiqamətdə işlərin davam etdirilməsi vacib hesab olunur.

Kostanyan həmçinin qeyd edib ki, hər iki tərəf regional kommunikasiyaların açılmasına böyük önəm verir:

“Əlbəttə ki, Ermənistanın ‘Sülh çarpazı’ (Перекрёсток мира) adlı layihəsi təqdim olundu və Türkiyə tərəfi Ermənistanın bu məsələyə yanaşmasını konstruktiv sayır”, – deyə o əlavə edib.

 

Musavat.com

Chosen
27
50
musavat.com

10Sources